PARTİYADAXİLİ DEMOKRATİYA

mütərəqqi siyasi partiyaların onun sıravi üzvləri tərəfindən idarəetməsini və partiyanın yürütdüyü siyasətə təsir göstərməsini şərtləndirən və partiya nizamnaməsində əks olunan təşkilati quruluş və fəaliyyət forması. Partiya orqanlarının (onların vəzifəli şəxslərinin) seçkili olması, dəyişilə, əvəz oluna bilməsi, hesabatlı olması və ümumiyyətlə, partiyanın kollegial şəkildə idarə olunması, partiyadaxili intizamın qorunması, ümumi qərarların partiyadaxili azlıqlarının mövqeyini nəzərə almaqla partiyadaxili çoxluqların mövqeyinə uyğun qəbul edilməsi və digər ülvi vasitələrlə P.D. nail olunur. P.D. onun üzvlərinə partiya yığıncaqlarında siyasi və praktiki fəaliyyət məsələlərini müzakirə etmək, təkliflər irəli sürmək, öz mövqelərini bildirmək və müdafiə etmək, partiyanın yürütdüyü siyasəti və ya atdığı siyasi addımı tənqid etmək (özünütənqid) və s. demokratik plüralizm üçün geniş imkan yaradır. Partiya üzvlərinin bərabər-hüquqlu və bərabər249 məsuliyyətli olması P.D.-ya xasdır.
PARTİYA
PARTOKRATİYA
OBASTAN VİKİ
Demokratiya
Demokratiya (yun. demos — xalq və yun. kratos — hakimiyyət), Elərkillik cəmiyyətin siyasi təşkili forması; xalqın hakimiyyət mənbəyi kimi tanınmasına, dövlət işlərinin həllində iştirak etmək hüququ olmasına və vətəndaşlara geniş hüquq və azadlıqlar verilməsinə əsaslanır. Demokratiya azadlıqlar arasında vətəndaşların nümayəndəli dövlət orqanlarına seçmə və seçilməyi, söz, mətbuat, yığıncaq, mitinq və nümayişlər azadlıqları, vətəndaşların hüquq bərabərliyi, şəxsiyyət və mənzil toxunulmazlığıdır. == Demokratiya — insan şəxsiyyətinə hörmətdir == Demokratiyanın əsasını şəxsiyyətin azadlıq hüququ, insanın şəxsiyyətinə hörmət təşkil edir. Ümumdünya insan haqqları Bəyannaməsinin müqəddiməsində oxuyuruq: "… bəşəriyyət dediyimiz bir ailənin bütün üzvlərinin ləyaqətinə, onların bərabər və ayrılmaz hüquqlarına hörmət etmək azadlığın, ədalətin və ümumi sülhün əsasını təşkil edir". Demokratiya dərisinin rəngindən, cinsindən, dilindən, dinindən, ictimai vəziyyətindən, mülki vəziyyətindən və silkindən asılı olmayaraq bütün vətəndaşların bərabərliyini nəzərdə tutur. Lakin bərabərlik sözünü geniş mənada başa düşmək lazımdır: bu, həm imkanların bərabərliyidir, həm qanun qarşısında bərabərlikdir, həm də nümayəndəlik bərabərliyidir. Demokratiyadan danışarkən biz, hər şeydən əvvəl, insanın müəyyən (ayrı-ayrı ölkələrdə müxtəlif) mexanizmlərin vasitəsilə dövlətin idarə edilməsində iştirakını, bu və ya digər kollektivin bərabər hüquqlu üzvü olmasını, öz mövqeyini ifadə etmək və eşidilə bilmək imkanını nəzərdə tuturuq. Bu o deməkdir ki, demokratiyanı seçərkən biz bütün vətəndaşların bərabərliyinə inam hissindən çıxış edirik.
E-demokratiya
Elektron demokratiya (e-demokratiya) — demokratik institutların inkişafı və möhkəmlənməsi üçün İKT-ni tətbiq etməklə, vətəndaşların, cəmiyyətin və dövlətin siyasi fəaliyyətində fəal iştirakını təmin etməyə yönəldilib. "Elektron demokratiya" elə demokratik siyasi sistemdir ki, burada dövlət demokratik proseslərin – informasiyanın və kommunikasiyanın yayılması, qərarların qəbulunda məsləhətləşmə və səsvermə yolu ilə vətəndaş maraqlarının nəzərə alınması kimi vacib funksiyalarını həyata keçirərkən kompüter və kompüter şəbəkələrindən istifadə edir. E-demokratiya (elektronik və demokratiya sözlərinin birləşməsindən əmələ gəlib) siyasi və idarəetmə işlərində informasiya və kommunikasiya texnologiyalarından istifadəni nəzərdə tutur. Buraya hökumət, seçilmiş rəsmilər, media, siyasi təşkilatlar, vətəndaşlar/seçicilərin iştirakı daxildir. E-demokratiyanın məqsədi internet, mobil telefon və kompüter texnologiyası vasitəsilə hazırkı nümayəndəli demokratiyada vətəndaşların daha çox iştirakını təmin etməkdir.
Elektron demokratiya

Hərbi demokratiya
Hərbi demokratiya — Hərbi demokratiyanın mahiyyəti hakimiyyətin ancaq müharibə vaxtı üçün təşkil olunmasındadır. Başçılar krallar, basilevslər, xaqanlar adətən müharibə vaxtı üçün seçilirdilər, dinc vaxtı isə ağsaqqallar idarə edirdi. Hərbi demokratiya nümunəsini məsələn türklərdə atdan düşmədən adlanan quruluşda görmək olar. Müharibə vaxtı hakimiyyətə yiyələnən başçılar dinc vaxtı hakimiyyəti əldən verməmək üçün, daimi müharibələrdə maraqlı idilər. Hərbi demokratiya terminini elmə L. Morqan gətirmişdir. Hərbi demokratiya Homer dövründə (e.ə. 12–9-cu əsrlərdə) yunanlarda və çarlıq dövründə romalılarda (e.ə. 8–6-cı əsrlər) skiflərdə, keltlərdə, qədim germanlarda, normanlarda mövcud olmuşdur. Homerin İlliadasında baş verən Axilleslə Aqamemnon arasındakı mübahisə hərbi demokratiyanın daxili inkişafı nəticəsində müvəqqədi hakimiyyətdən daimi hakimiyyətə keçid əsnasını göstərir. Aqamemnon müvəqqəti başçıdır, lakin o hakimiyyəti əldən vermək istəmir, buna görə də müharibənin qızışdırılmasında maraqlıdır.
Liberal demokratiya
Liberal demokratiya, cəmiyyət tərəfindən qəbul görən hər cür siyasi görüşün bir dam altında uzlaşaraq ümumi mənada xalqın mənfəətləri üçün lazım olan hər cür istiqamətdə gedə bilən bir rəhbərlik siyasəti modelidir. Bu gün dünyada suveren olan və bir ideal olaraq ucaldılan demokratiyanın başına "liberal" ön adının əlavə olunması ilə yaranan "liberal demokratiya" ayrı bir başlıq altında araşdırılmağı haqq etməkdədir. Liberal demokratiyanın bütün dünyada görülən ortaq tətbiqlərinə görə, təməl xüsusiyyətləri belə sıralana bilər: Demokratiyanın təmsili və bilvasitə bir formasıdır. Siyasi bərabərlik qanununa uyğun olaraq edilən nizamlı seçkilərlə iqtidarın təyin olunduğu bir sistemi ifadə etməkdədir. Liberal demokratiya rəqabətə söykənən seçkilərlə davam etdirilər. Rəqabət; siyasi çoxluqçuluq, xoşgörüş və zidd düşən fikirlərin azad bir şəkildə var ola bilməsi üçün lazımlıdır. Liberal demokratiyada, dövlət ilə əlaqədar vətəndaş cəmiyyət arasında açıq bir ayrı-seçkilik vardır. Bu ayrı-seçkilik, iqtisadi həyatın bazar qaydalarına görə təşkil edilməsi, avtonom qrup və mənfəətlərin qanuni qəbul edilməsi şərtlərinə söykənir. İndiki vaxtda ən inkişaf etmiş Liberal Demokrat quruluş Avropa Birliyidır.
Mütləq demokratiya
Əksəriyyət demokratiyası, çoxluq demokratiyası və ya mütləq demokratiya (démoc-ratie absolue) çoxluğun qərarlarının tətbiq olunduğu və bu qərarların mütləq olduğu demokratiya növüdür. Qanunlar, azlıqların hüquqları, səlahiyyətlərin bölünməsi kimi amillər plüralist demokratiyada qəbul edilən qərarları məhdudlaşdırarkən, mütləq demokratiyada isə əksəriyyət tərəfindən qəbul edilən qərarlar qeyri-məhdud və mütləqdir. Ayrıca olaraq, idarə edilənlərin əksəriyyətinin seçki və idarəetmə dövründə təsirli olmasına əsaslanan mütləq (mejoritar) demokratiya İngiltərədə ilk tətbiqetmə modelini inkişaf etdirdiyinə görə, ona Vestminster modeli demokratiya da deyilir.
Nümayəndəli demokratiya
Dolayı demokratiya və ya nümayəndəli hökumət olaraq da bilinən nümayəndəlik demokratiyası, birbaşa demokratiyadan fərqli olaraq bir qrup insanı təmsil edən seçilmiş şəxslərin prinsipi əsasında qurulmuş bir demokratiya növüdür. Demək olar ki, bütün müasir Qərb tərzi demokratiyaları bir növ təmsilçi demokratiya kimi fəaliyyət göstərir; məsələn, İngiltərə (unitar parlament konstitusiya monarxiyası), Fransa (unitar yarım prezident respublikası) və Amerika Birləşmiş Ştatları (konstitusiya təmsilçisi respublika). Nümayəndə demokratiyası həm parlament, həm də prezident idarəetmə sistemlərinin bir elementi kimi fəaliyyət göstərə bilər. Tipik olaraq Birləşmiş krallığın İcmalar Palatası və ya Hindistanın Sab Sabha kimi bir alt palatada özünü göstərir, ancaq yuxarı palata kimi konstitusiya məhdudiyyətləri ilə məhdudlaşdırıla bilər. Bəzi siyasi nəzəriyyəçilər (Robert A. Dahl, Gregory Houston və Ian Liebenberg daxil olmaqla) təmsilçi demokratiyanı poliarxiya kimi xarakterizə etdilər. Nümayəndə demokratiyası hakimiyyəti xalq tərəfindən seçilən nümayəndələrin əlinə verir. Seçki sistemləri seçicilərin siyasi partiyalara və ya siyasi partiyalarla əlaqəli namizədlərə səs verməsini tələb edərsə və ya təşviq edərsə (fərdi nümayəndələrə səs verməyin əksinə) siyasi partiyalar bu demokratiyanın əsas forması olur.
Plüralist demokratiya
Plüralist demokratiya (nisbi demokratiya) əksəriyyətin mütləq suverenliyini rədd edən demokratiya anlayışıdır, azlığın siyasi və mədəni hüquqlarının qəbul edilməli olduğunu və azlığın da bir gün çoxluq ola bilməsi hüququnun verilməsini müdafiə edir. Demokratiyanın inkişafı prosesində çoxluğun dövlət idarəçiliyindəki qərarlarının mütləq olması və azlıqların hüquqlarını məhdudlaşdıra biləcəkləri narahatlığı plüralist demokratiyanı ortaya çıxarmışdır. Azlıqda olanların və ya müxalifətdə olanların qorunması və fikirlərini heç bir təzyiq olmadan, sərbəst şəkildə ifadə etməsi plüralist demokratiya üçün vacib olan şərtdir. Plüralist nəzəriyyədə, hakimiyyətin bölüşdürülməsi dövlətin tələsik və düşünmədən qərarlar qəbul edərək hərəkət etməsinə mane olur və eyni zamanda da əhəmiyyətli və böyük güc mərkəzlərinin razılığı olmadan hər hansı bir tədbir görülməsinin qarşısını alır. İcra hakimiyyətinin güclü və geniş partiya koalisiyası tərəfindən həyata keçirilməsi Qüvvələrin bölünməsi prinsipi Hakimiyyətin bölüşdürülməsi Çoxpartiyalı sistem Yarı nümayəndəlik sistemi Yazılı konstitusiya ilə hökumət səlahiyyətlərinin dəqiq məhdudlaşdırılması.
Sosial-demokratiya
Sosial-demokratiya — reformist və tədrici metodları ilə birlikdə demokratik toplumçuluğu qurmağı hədəfləyən siyasi ideologiyadır. Digər bir təsvir olaraq sosial-demokratiya bəşəri dəyərlərlə əlaqəli olaraq vətəndaşların fərqi və ictimai ehtiyaclarını təmin etməyi hədəfləyən dövlət və ya bu yöndəki siyasi cərəyan və kapitalist iqtisadiyyat içində ortaqlaşaraq uyğunlaşma şəraiti olaraq da təsvir edilməkdədir. Qərbi və Şimali Avropada XX əsrin ikinci yarısından sonra nəzərə çarpan formada görülməyə başlayan ictimai modellər və iqtisadi siyasətlərin nəzərdə tutulduğu model daha çox bu formadadır. Bur başqa təsvir formasına görə sosial-demokratiya kapitalizmin səbəb olduğu bərabərsizlik və ədalətsizlikləri demokratik sistem içində qəbul edilə bilən səviyyəyə salmağı məqsəd kimi qəbul edən siyasi ideologiyadır. II İnternasionalda ortaya çıxan yenidən formalaşdırmaçılar və inqilabçı sosialistlər arasındakı bölünmənin ardından sosial-demokratlar kapitalizmin irəliləmə müddəti içində sosialist iqtisadiyyata dönüşdürülməsini müdafiə etdilər. Sosial-demokratiya düşüncəsi tək qabul edilə bilən hökumət formasının hüququn üstünlüyü altındakı nümayəndəli demokratiya olduğunu irəli sürməkdədir. Demokratik qərar alma mexanizmasını genişlədərək siyasi demokratiyanın fövqünə istidadi demokratiyaya qədər, iş gücü ilə işçilərin və digər iqtisadi pay sahiblərinin yetərli miqdarda birlikdə qərar alma haqqlarını irəlilətməyi məqsəd kimi qəbul edər. Kapitalizmin səbəb olduğu sosial bərabərsizlik, yoxsulluq və müxtəlif qruplrın haqsız davranışlarına qarşı çıxarkən digər yandan tamamilə planlı bazar iqtisadiyyatına ya da tamamilə nəzarətsiz bazar iqtisadiyyatına qarşı çıxır. Sosial-demokratiya sentikalist işçi hərəkatı ilə yaxın bir əlaqədədir və iş gücü ilə işləyən işçilər və sahibkar arasında toplu görüşmə üsulunu dəstəkləyir. Sosial-demokratik partiyaların böyük çoxluğu Sosialist İnternasionalı ilə yaxın əlaqədədir.
Sosial demokratiya

Təqlidçi demokratiya
Təqlidçi demokratiya (buna kvazidemokratiya, psevdodemokratiya, dekorativ demokratiya, manipulyativ demokratiya, süni demokratiya, marionet demokratiya da deyilir) - bu formada əslində hakimiyyət bir qrupun, hakim partiyanın, şəxsin əlində cəmləşir. Ancaq belə hesab olunur ki, guya, xalq hakimiyyətini özü formalaşdırır.
İştirakçı demokratiya
İştirakçı demokratiya siyasi sistemlərin fəaliyyətindəki komponentlərin geniş iştirakını vurğulayan siyasi nəzəriyyədir. Bu nəzəriyyəyə görə, demokratiyanın etimoloji kökləri (yunan dilində demos və kratos) xalqın hakimiyyətdə söz sahibi olduğunu və buna görə də demokratiyanın iştirakçı olması lazım olduğunu vurğulayır. Bununla belə, iştirakçı demokratiya ənənəvi nümayəndəli demokratiyadan daha geniş vətəndaş iştirakının formalarını və daha çox siyasi nümayəndəliyi müdafiə etməyə meyillidir. Məsələn, nümayəndələrin seçilməsindən əlavə, sıralama sistemi vasitəsilə idarəetmə orqanlarının yaradılmasının tərəfdarı olub, vətəndaşların hakimiyyət vəzifələrini özlərinin əllərində tutmasına imkan verərək daha güclü bir iştirakçı orqan meydana gətirəcəyi düşünülür. Bəzi alimlər, güclü qeyri-hökumət ictimai sferasının güclü liberal demokratiyanın yaranması üçün ilkin şərt olduğu inancına əsaslanaraq, bu terminin vətəndaş cəmiyyəti sahəsində icma əsaslı fəaliyyətlərə yenidən diqqət yetirməli olduğunu iddia edirlər. Bu alimlər vətəndaş cəmiyyəti sferası ilə formal siyasi sfera arasındakı fərqin vacib olduğunu vurğulamağa meyillidirlər.
Beynəlxalq Demokratiya Günü
Beynəlxalq Demokratiya Günü (ing. International Day of Democracy) — 2007-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası, demokratiyanın əsaslarını təbliğ etmək və dəstəkləmək məqsədi ilə 15 sentyabrı Beynəlxalq Demokratiya Günü kimi qeyd etməyi qərara aldı. Bu tarix 2008-ci ildə yeni və bərpa edilmiş demokratiyaların 20 illiyinə həsr olunan beynəlxalq konfransında müəyyən edilib. 1997-ci ilin sentyabrında Parlamentlərarası Birlik Demokratiyaya dair Ümumdünya Bəyannaməsini qəbul etdi. Bu Bəyannamə demokratiyanın əsaslarını, demokratik hökumətin elementlərini və həyata keçirməsini və beynəlxalq demokratiya dairəsini təsdiqləyir. Yeni və bərpa edilmiş demokratiyalar üzrə beynəlxalq konfranslar 1988-ci ildə Filippin prezidenti Korason Akinonun təşəbbüsü ilə "Xalq Hakimiyyəti İnqilabı" adlandırılan beynəlxalq konfrans Ferdinand Markosun 20 illik diktaturasını devirdikdən sonra başlayıb. Əvvəlcə hökumətlərarası forum olan Nanotexnologiyalar sahəsində tədqiqat və İnkişaf üzrə beynəlxalq konfrans (ICNRD) prosesi hökumətlərin, parlamentlərin və vətəndaş cəmiyyətinin iştirakı ilə üçtərəfli bir quruluşa çevrildi. 2006-cı ildə Qətərin Doha şəhərində baş tutan altıncı konfrans (ICNRD-6), prosesin üçtərəfli olmasını gücləndirdi və demokratiyanın təməl prinsiplərini və dəyərlərini təsdiqləyən bir bəyannamə və fəaliyyət planı ilə başa çatdı.
Konstitusiyalı Demokratiya Partiyası
Konstitusiyalı Demokratiya Partiyası (rus. Конституционно-демократическая партия, translit. Konstitutsionno-demokratiçeskaya partiya; K-D), həmçinin Konstitusiyalı Demokratlar və formal olaraq Xalq Azadlığı Partiyası — Rusiya imperiyasında mərkəzçi, liberal siyasi partiya. Partiya Qərbin konstitusiyalı monarxiya ideyalarını təbliğ edir və mötədil mühafizəkarlar ilə mötədil sosialistlərdən dəstək görmüşdür. Partiya üzvlərinə partiya adının K-D abbreviaturası əsasında kadetlər deyirdilər. Partiya platformasının nəzəri əsasını Konstantin Kavelin və Boris Çiçerinin yazıları təşkil edir. Tarixçi Pavel Milyukov partiyanın möcud olduğu müddətdə onun sədri idi. Kadetlərə verilən dəstəyin əsasını ilk növbədə ziyalılar və işçilər təşkil edirdi. Partiyada universitet professorları və hüquqşünaslar xüsusilə önəmli yerə sahib idi. Bir çox kadet partiya üzvləri zemstvo veteranları idi.
Yeni Demokratiya (Yunanıstan)
Yeni Demokratiya (Yunanıstan) (yun. Νέα Δημοκρατία, Néa Dimokratía) - Yunanıstanda fəaliyyət göstərən mərkəz sağ meyilli siyasi partiya. 2015-ci ilin əvvəlində partiya ölkədə keçirilən növbədən kənar parlament seçkilərində parlamentdə olan 300 yerdən 76 yer əldə etmişdir. 1974-cü ildə yaradılan və Yunanıstan siyasi tarixində mühüm yer tutan partiyalardan olan Yeni Demokratiya partiyasının mənzil qərargahı Afina şəhərində yerləşir.
Demokratiya Partiyası (Türkiyə)
Demokratiya Partiyası (türk. Demokrasi Partisi, DEP, kürd. Partiya Demokrasiyê) — Türkiyədə kürdmeylli siyasi partiya. 7 may 1993-cü ildə təsis edilmişdir. == Tarixi == Demokratiya Partiyası 7 may 1993-cü ildə təsis edilmişdir. 27 iyun 1993-cü ildə keçirilən birinci partiya qurultayından sonra Xalq Əmək Partiyasının (XƏP) keçmiş sədri Əhməd Türk və XƏP-in əksər keçmiş millət vəkilləri partiyanın sıralarına daxil olmuşdular. Birinci partiya sədri kimi Yaşar Qaya seçilmişdir. Partiya 2 avqust 1993-cü ildən sentyabrın 1-dək davam edəcək Türkiyə–PKK münaqişəsinə yönəlmiş sülh kampaniyasına başlamaq qərarına gəlmişdir. Kampaniya Türkiyə hakimiyyəti tərəfindən qadağan edilmiş, Diyarbəkir və Batmanda planlaşdırılan tədbirlər ləğv olunmuşdur. 17 sentyabr 1993-cü ildə Qaya Almaniyada ictimai tədbirdə və İraqda Kürdüstan Demokrat Partiyasının (KDP) qurultayında iştirak etdiyi üçün həbs edilmişdir.
Sosialist Demokratiya Partiyası
Sosialist Demokratiya Partiyası (türk. Sosyalist Demokrasi Partisi, SDP) — Türkiyədə sosialist partiya. Üzvlərinin əksəriyyəti əvvəllər ÖDP daxilində Sosialist Fəaliyyət Platforması adlı müxalifət qrupunda idi. Onlar kürdyönümlü DEHAP və ifrat solçuluqla daha sıx əlaqələri müdafiə edərək özəlləşdirmə və Avropa İttifaqına üzvlük əleyhinə kampaniya aparırdılar. Onların fikirləri əksər ÖDP filialları tərəfindən "çox mühafizəkar" görüldü və onlar 2001-ci ildə partiyanı tərk etmişdilər. SDP 28 avqust 2002-ci ildə təsis edilmişdir. O, 2002 və 2004-cü il seçkilərində iştirak etməmiş, lakin solçu seçki ittifaqlarını dəstəkləmişdir. 2005-ci ilin yayında daha geniş birləşmə üçün danışıqlar aparmaq üçün Sosialist Forumu elan etmiş və bu, nəticəsiz qalmışdır. 2007-ci il seçkilərində Demokratik Cəmiyyət Partiyasının müstəqil namizədlərini dəstəklədiyini bəyan etmişdir. 2007-ci ildə TBMM-yə seçilən Akın Birdal SDP-nin fəxri sədridir.
Demokratiya Uğrunda İttifaq
Azərbaycanda seçki blokları və siyasi birliklər — Azərbaycanda seçkilər üçün vahid namizəd irəli sürülməsi üçün yaradılan seçki blokları və siyasi partiyaların, siyasətçilərin birliyi üçün yaradılan siyasi birliklər. == Tarixi == Azərbaycanda hələ müstəqillikdən əvvəl SSRİ dönəmində seçki blokları yaranmışdır. 1990-cı il avqustun 24-də qəbul edilmiş Azərbaycan Xalq Cəbhəsinin Ali Sovetə seçkilərə dair seçkiqabağı proqramında Azərbaycanın tam dövlət müstəqilliyinin bərpa edilməsi əsas proqram məqsədi kimi bəyan olundu. Həmin proqram "Demokratik Azərbaycan " seçki blokunun da platforması kimi təsdiq edildi. Seçki blokları tarixi rəsmi olaraq 1994-cü ildən başlayır. == Seçki blokları == === 2000-ci il parlament seçkiləri === Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçmiş Azərbaycan Milli Dövlətçilik Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası və Azərbaycan Demokratik Maarifçilik Partiyasıseçkilərdə partiyalar bloku halında çıxış etməyi qərara aldılar və ölkənin parlament seçkiləri praktikasında ilk dəfə olaraq "Demokratik Azərbaycan" Siyasi Partiyalar Bloku qeydiyyatdan keçirildi. Proporsional seçkilərin partiyalar üzrə blok 0,40% səs topladı. === 2003-cü il prezident seçkiləri === ==== Bizim Azərbaycan Bloku ==== 2003-cü il Azərbaycan Respublikası prezident seçkiləri ərəfəsində müxalif siyasi partiyaların birliyi kimi yaradılmışdır. Blok 29 mart 2003 tarixində Müsavat Partiyasının sədri İsa Qəmbərin təşəbbüsü ilə 2003-cü il Azərbaycan Respublikası prezident seçkiləri ərəfəsində bəzi müxalif siyasi partiyaların və ictimai təşkilatlar tərəfindən təsis olunub. İlk növbədə seçki bloku olaraq yaradılsa da sonradan siyasi partiyalar blokuna çevrilmişdir.
Demokratiya və Sıçrayış Partiyası
Demokratiya və Sıçrayış Partiyası (türk. Demokrasi ve Atılım Partisi) və ya qısaca DEVA — Türkiyədə keçmiş Baş nazir müavini Əli Babacan tərəfindən yaradılmış siyasi partiya. == Tarixi == Partiyanın adı və quruluş sənədi 9 mart 2020-ci il tarixində Türkiyə Daxili İşlər Nazirliyinə verilmişdir. Partiyanın təqdimat toplantısı 11 mart 2020-ci il tarixində keçirilmişdir. Təsisçilər heyətinin birinci toplantısında Əli Babacan səs çoxluğu ilə partiyanın sədri seçilmişdir. == Siyasət == Əli Babacan 11 mart 2020-ci il tarixində partiya proqramını açıqladığı toplantıda parlamentli sistem, hüququn üstünlüyü, mətbuat azadlığı, qadın hüquqları, peşəkar orduya keçid, kürd məsələsinin həlli, qaçqın probleminin həlli mövzularına toxunacaqlarını bildirmiş, Türkiyənin xarici siyasətində Atatürkün "Yurdda sülh, cahanda sülh" prinsipinə əsaslanan yeni bir konsepsiyanı mənimsəyəcəyini vurğulamışdır. == Rəmzlər == Partiyanın məcəlləsinə görə rəsmi abreviaturası "DEVA", simvolu isə su damcısı və "DEVA" yazısıdır. Partiyanın abreviaturası olan "DEVA" türk dilindən tərcümədə "əlac" və ya "dərman" deməkdir. == Təsisçi heyət == Partiyanın təsisçiləri arasında Türkiyə Böyük Millət Məclisi deputatı Mustafa Yenəroğlu, keçmiş Ədalət naziri Səədullah Ərgin, keçmiş Balıkesir meri Əhməd Ədib Uğur, keçmiş Elm, Sənaye və Texnologiya naziri Nihad Ərgün və keçmiş Dövlət naziri Selma Aliyyə Kavaf var.
Demokratiya və İrəliləyiş Partiyası

Barış və Demokratiya Partiyası
Barış və Demokratiya Partiyası və ya Sülh və Demokratiya Partiyası (türk. Barış ve Demokrasi Partisi, kürd. Partiya Aştî û Demokrasiyê, BDP) — Türkiyədə kürd siyasi partiyası. 2008–2014-cü illərdə fəaliyyət göstərmişdir. == Tarixi == BDP 2008-ci ildə Kürdüstan Fəhlə Partiyası (PKK) ilə əlaqəsi olduğu iddiası ilə bağlanan Demokratik Cəmiyyət Partiyasının (DTP) yerinə keçmişdi. BDP həmsədrləri Səlahəddin Dəmirtaş və Gültan Kışanak olmuşdur. Onun nümayəndələrinin üçdə biri ələvi idi. 30 mart 2014-cü il bələdiyyə seçkilərindən sonra Bərivan Əlif Qılınc Türkiyənin 17,000 əhalisi olan Kocaköy qəsəbəsinin həmsədri olmuşdur. Qılınc bələdiyyə sədri vəzifəsini keçmiş imam olan Əffüllah Qarla paylaşmışdır. BDP partiyasının qaydalarına əsasən, qadınların siyasətdə iştirakını təşviq etmək üçün bütün yüksək vəzifələr kişi və qadın arasında bölünürdü.
Sülh və Demokratiya Partiyası
Barış və Demokratiya Partiyası və ya Sülh və Demokratiya Partiyası (türk. Barış ve Demokrasi Partisi, kürd. Partiya Aştî û Demokrasiyê, BDP) — Türkiyədə kürd siyasi partiyası. 2008–2014-cü illərdə fəaliyyət göstərmişdir. BDP 2008-ci ildə Kürdüstan Fəhlə Partiyası (PKK) ilə əlaqəsi olduğu iddiası ilə bağlanan Demokratik Cəmiyyət Partiyasının (DTP) yerinə keçmişdi. BDP həmsədrləri Səlahəddin Dəmirtaş və Gültan Kışanak olmuşdur. Onun nümayəndələrinin üçdə biri ələvi idi. 30 mart 2014-cü il bələdiyyə seçkilərindən sonra Bərivan Əlif Qılınc Türkiyənin 17,000 əhalisi olan Kocaköy qəsəbəsinin həmsədri olmuşdur. Qılınc bələdiyyə sədri vəzifəsini keçmiş imam olan Əffüllah Qarla paylaşmışdır. BDP partiyasının qaydalarına əsasən, qadınların siyasətdə iştirakını təşviq etmək üçün bütün yüksək vəzifələr kişi və qadın arasında bölünürdü.
Azadlıq və Demokratiya Partiyası
Azadlıq və Demokratiya Partiyası (türk. Özgürlük ve Demokrasi Partisi, ÖZDEP ) — Türkiyədə kürdlərin hüquqlarını müdafiə edən bir partiya. Partiya 1992-ci ilin oktyabrında Xalq Əmək Partiyasının (HEP) fəaliyyəti qadağan edildikdən sonra yaradılmışdır. Yaranmasından 4 ay sonra ÖZDEP Türkiyənin konstitusiya məhkəməsi tərəfindən öz müqəddəratını təyinetməni dəstəkləmək və kürd dilində bürokratik xidmət göstərmək ittihamı ilə fəaliyyətini qadağan etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinə müraciətdə Türkiyə 1999-cu ilin dekabrında partiyanın bağlanmasına görə təzminat ödəməyə məcbur edilmişdir.
Ədalət, Hüquq, Demokratiya Partiyası
Ədalət, Hüquq, Demokratiya Partiyası və ya qısaca ƏHD Partiyası, həmçinin, 16 mart 2024-cü il tarixinədək Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası və ya qısaca BAXCP — Azərbaycanda fəaliyyət göstərən milliyətçi, sağ mərkəzçi siyasi partiya. Partiya Azərbaycan Xalq Cəbhəsi Partiyasının xələfi olduğunu iddia edir. Qurucusu və hazırkı sədri Qüdrət Həsənquliyevdir. Ədalət, Hüquq, Demokratiya Partiyası qurulduğu gündən bəri bütün bələdiyyə və parlament seçkilərində iştirak etmişdir. Partiya Azərbaycan Respublikasının Milli Məclisinin II, III, IV, V və VI çağırışlarında 1 deputatla — Qüdrət Həsənquliyev ilə təmsil olunmuşdur. Ədalət, Hüquq, Demokratiya Partiyasını Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasında 2010-cu ildən bəri Mikayıl Rəhimov təmsil edir. O, həmçinin, 2011-ci ildən bəri komissiya katibi vəzifəsini də daşıyır. 2006–2010-cu illərdə isə partiya Demokratik İslahatlar Partiyası nümayəndəsi Tamam Cəfərovanın üzvlüyünə dəstək vermiş və beləcə Tamam Cəfərova həm də keçmiş adı ilə BAXCP-ni təmsil etmişdir. Partiyanın sıralarında indiyədək Azərbaycan Respublikasının Milli Qəhrəmanı Maşallah Abdullayev, keçmiş Laçın dağ-atıcı alayının ilk komandiri Arif Paşa, jurnalist Elçin Mirzəbəyli, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sabiq deputatları Bünyamin Qəmbərli, Fərəc Yusifbəyli və Mikayıl Rəhimov, hüquqşünas, professor Məhəmməd İmanlı kimi şəxslər təmsil olunmuşdur. Ədalət, Hüquq, Demokratiya Partiyası indiyədək 7 qurultay keçirmiş və 1 sədr seçmişdir.
Demokratiya Uğrunda Böyük Birlik